Almaniya kansleri Olaf Şolts hazırkı vəzifəsini tərk etdikdən sonra siyasətdən getmək niyyətindədir.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, o, bu barədə fevralın 14-də YouTube-da yayımlanan Jung&Naiv video-podkastında bildirib.
Siyasətçinin sözlərinə görə, onun A planı yenidən seçilməkdir.
"Ancaq mənim nöqteyi-nəzərimdən bu, başqa nəyinsə ardınca getmək demək deyil" deyə qeyd edib və əlavə edib ki, vəzifəsini tərk etdikdən sonra yenidən "adi vətəndaş" olmağa üstünlük verəcək.
QAZİLER.AZ