Bu, bir daha göstərir ki, Rusiya sülh axtarmır - Kallas

Bu, bir daha göstərir ki, Rusiya sülh axtarmır -  Kallas backend

Rusiya növbəti dəfə ehtiyatsızlıqla Çernobıl Atom Elektrik Stansiyasına hücum edib. Mülki nüvə obyektlərinə bu cür hücumlar qəbuledilməzdir,

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas X sosial şəbəkəsində yazıb.

“Bu, bir daha göstərir ki, Rusiya sülh axtarmır”, - Kallas yazıb.

Yada salaq ki, Ukrayna tərəfinin məlumatına görə, rusiyalılar Çernobıl Atom Elektrik Stansiyasına pilotsuz təyyarə ilə hücum edib. Nəticədə dünyanı radiasiyadan qoruyan dağıdılmış 4-cü enerji blokunun qoruyucu qabığı zədələnib.

QAZİLER.AZ

Diaspora