Modi Trampla görüşdə Ukrayna ilə bağlı yeni açıqlama verib

Modi Trampla görüşdə Ukrayna ilə bağlı yeni açıqlama verib backend

Hindistanın baş naziri Narendra Modi ölkəsinin Rusiya-Ukrayna müharibəsində sülhün tərəfində olduğunu deyib.

Qaziler.az-ın məlumatına görə,  "Amerikanın Səsi" xəbər verir ki, bu barədə o, Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşündə bildirib.

"Dünya Hindistanın bütün bu prosesdə bir növ neytral ölkə olduğunu düşünürdü. Amma bu doğru deyil. Hindistanın bir tərəfi var, o tərəf isə sülhdür", - Modi deyib.

Hindistanın baş naziri də Trampın sülhü bərpa etmək təşəbbüsünü alqışlayıb və “dialoq, diplomatiya və sülh yolu ilə həllin” vacibliyini vurğulayıb. Modi deyib ki, o, bu barədə Rusiya prezidenti Vladimir Putinlə də danışıb.

"Mən ona dedim ki, bu, müharibə dövrü deyil və mən qəti şəkildə inanıram ki, problemləri döyüş meydanında həll etmək mümkün deyil. Hər iki tərəf danışıqlar masasına oturmalı olacaq", - Modi deyib.

QAZİLER.AZ

Diaspora