Fransada parlament ölkədə birdəfəlik elektron siqaretləri qadağan edən qanun qəbul edib.
Qaziler.az bildirir ki, iclas fevralın 13-də Fransa Senatının saytında canlı yayımlanıb.
Qeyd olunur ki, qəbul edilmiş qanun Fransada birdəfəlik istifadə üçün nəzərdə tutulan elektron cihazların satışı və ya başqa şəkildə yayılmasını qadağan edir.
Bu təşəbbüsün müəlliflərinin qeyd etdiyi kimi, birdəfəlik siqaretlərin çəkilməsi sağlamlığa mənfi təsir göstərir və bu tip siqaretlər də istifadədən sonra cihazlardan batareyaların tez-tez utilizasiyası səbəbindən ətraf mühitə düzəlməz ziyan vurur, Avropa1 yayım şirkəti əlavə edir.
Bundan əlavə, bildirilib ki, bu il fevralın 4-də layihə parlamentin aşağı palatası tərəfindən təsdiqlənib.
QAZİLER.AZ