ABŞ-ın vitse-prezidenti Münhen konfransında Şolts ilə görüşməkdən imtina edib - KİV

ABŞ-ın vitse-prezidenti Münhen konfransında Şolts ilə görüşməkdən imtina edib - KİV backend

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens fevralın 14-ü cümə günü başlayacaq Münhen Təhlükəsizlik Konfransında Almaniya kansleri Olaf Şoltsla görüşməyəcək.

Qaziler.az bildirir ki, bu barədə “Politico” yazır.


Adının çəkilməsini istəməyən alman rəsmisi Politico-ya bildirib ki, Vens və Şoltsun ​​"Münhen" meydanında görüşməsi planlaşdırılmır.

Bununla belə, o vurğulayıb ki, siyasətçilər bu həftənin əvvəlində Parisdə keçirilən süni intellekt sammiti zamanı  artıq danışıqlar aparıblar.

“Onunla (Şolts - Red.) görüşməyimizə ehtiyac yoxdur, o, uzun müddət kansler olmayacaq”, - nəşrin mənbəyi Vens komandasının yanaşmasını belə təsvir edib.

QAZİLER.AZ

Diaspora