S-400 zenit raket sistemləri Çinə 1-1.5 ildən sonra veriləcək. Axar.az xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.
Qeyd edək ki, S-400 sistemləri indiyə qədər yalnız Rusiya və Əlcəzair ordusunda var. Çinə bu sistemlərin verilməsi ilə bağlı müqavilə 2014-cü ildə imzalanıb. Müqaviləyə əsasən, Çinə 6 ədəd S-400 sistemi verilməlidir.