Tramp fevralın 13-nü “böyük gün” adlandırdı

Tramp fevralın 13-nü “böyük gün” adlandırdı backend

ABŞ prezidenti Donald Tramp fevralın 13-dən “qarşılıqlı tariflər” tətbiq etməyə başlayacağını açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkəsində yazıb.

“Üç möhtəşəm həftə gəlib keçdi, bəlkə də tarixin ən yaxşı günləri... Amma bu gün “böyük gün”dür: qarşılıqlı tariflər! Amerikanı yenidən möhtəşəm edəcəyik!”, – Amerika lideri yazıb.

Fevralın 11-də Tramp ABŞ-dən polad və alüminium idxalına 25% rüsum tətbiq edən sərəncam imzalayıb. Fərman martın 4-dən qüvvəyə minir.

QAZİLER.AZ

Diaspora