HƏMAS: İsraillə razılaşma yerinə yetiriləcək

HƏMAS: İsraillə razılaşma yerinə yetiriləcək backend

Fələstinin radikal HƏMAS hərəkatı vasitəçilər ilə görüşlərdən sonra Qəzza zolağında atəşkəs razılaşmasını yerinə yetirməyə davam edəcəklərini bildirib.

Qaziler.az “RİA Novosti”yə istinadla  xəbər verir ki, bu barədə hərəkatın bəyanatında qeyd edilib.

HƏMAS vurğulayıb ki, bu, müəyyən edilmiş qrafikə uyğun olaraq İsraillə əsirlərin mübadiləsinə də aiddir.

Qeyd edək ki, bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.

QAZİLER.AZ

Diaspora