“Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp öz köməkçilərinə görüş üçün dərhal hazırlıqlara başlamağı tapşırıblar”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, telefon danışığı zamanı dövlət başçıları təmasları davam etdirmək barədə razılığa gəliblər.
“Dövlət başçıları dünənki telefon danışığı zamanı razılığa gəliblər ki, onlar özləri təmasları davam etdirəcəklər, ayrıca görüş keçirəcəklər. Həmçinin müvafiq işə başlamaq üçün dərhal müvafiq köməkçilərə göstərişlər veriləcəyi barədə razılığa gəliblər”, - Peskov bildirib.
QAZİLER.AZ