“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın hər iki ölkəyə səfər etmək üçün qarşılıqlı dəvət alması başqa, onların ikitərəfli görüşünün faktiki təşkili isə tamam başqa bir şeydir”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında deyib. O, jurnalistlərin Amerika liderinin Qələbə Gününü qeyd etmək üçün Moskvaya səfərinin mümkün olub-olmaması ilə bağlı sualına belə cavab verib:
“Qarşılıqlı dəvətlərin mübadiləsi bir, ayrıca ikitərəfli görüş təşkil etmək isə başqa bir prosesdir”, - Rusiya liderinin mətbuat katibi izah edib.
Qeyd edək ki, iki prezident arasında telefon danışığı fevralın 12-də baş tutub və təxminən bir saat yarım davam edib.
QAZİLER.AZ