"Almaniyadakı xeyli sayda ukraynalı qaçqın atəşkəs razılaşması əldə olunarsa, ölkəni tərk etməli olacaq".
Qaziler.az xəbər verir ki, bunu Bundestaqın Sol Partiya qrupundan olan deputatı Qreqor Qizi “Der Standard” qəzetinə müsahibəsində bildirib. O, bunu ukraynalıların Almaniyaya miqrasiyasını dayandırmaq üçün bir fürsət kimi qiymətləndirib.
“Miqrasiyanı məhdudlaşdırmağın ən təhlükəsiz və ən humanist yolu miqrasiyanın səbəblərini aradan qaldırmaqdır. Uzun illərdir Ukraynayada atəşkəs çağırışı etdiyim razılıq əldə olunarsa, Ukraynadan olan qaçqınların çoxu geri qayıtmalı olacaq”, - deyə Qizi bildirib.
Deputat vəziyyəti Suriya məsələsi ilə müqayisə edib. Onun sözlərinə görə, Suriyada vəziyyət stabil olsaydı, o zaman bu ölkədən olan qaçqınlar Almaniyanı tərk etməli olacaqdılar.
QAZİLER.AZ