Güneydə kütləvi həbslər: Kəndə hücum edildi

Güneydə kütləvi həbslər: Kəndə hücum edildi backend

İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) Güney Azərbaycandakı milli mədəni fəalların ev və iş yerlərinə basqınlar həyata keçiriblər. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi yayıb. Təşkilat ETTELAAT-ın Meşginşəhrdə “Seyfi qardaşları bonqahı”, “Azərbaycan sendiviçi” və Qaraduruş kəndindəki “Kəndimiz” kafelərində bir neçə azərbaycanlını həbs etdiyini bildirib. Hücumlar nəticəsində Mənsur Seyfi, Əli Feyzi və daha bir neçə nəfər tutulub.


Qeyd edək ki, Qardaduruş kəndi Güney Azərbaycandakı xalq hərəkatının mərhum lideri Seyid Cəfər Pişəvərinin dövründən günümüzə qədər Azərbaycanın milli və mədəni hüquqlarının bərpa edilməsi uğrunda ciddi mübarizə məkanlarından biri sayılır. Hazırda İran həbsxanalarında məhbus həyatı yaşayan Güney Azərbaycanın ən tanınmış fəallarından olan Aydın Zakiri və Şəhram Radmehr də bu kənddəndir.
Diaspora