ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə Ukrayna lideri Volodimir Zelenski ilə telefonda danışdığını təsdiqləyib.
Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.
ABŞ liderinin sözlərinə görə, söhbət çox yaxşı keçib.
“Mən indicə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışdım. Söhbət çox yaxşı keçdi. O da prezident Putin kimi sülhə nail olmaq istəyir”, -Tramp yazıb.
Tramp əlavə edib ki, dialoq zamanı fevralın 14-də Münhendə keçirilməsi planlaşdırılan təhlükəsizlik konfransında görüş də müzakirə olunub.
QAZİLER.AZ