ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə uzun və məhsuldar telefon danışığına, eləcə də Mark Fogelin azadlığa buraxılmasına görə minnətdarlığını bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə Amerika lideri özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
“Prezident Putinə bu söhbətə sərf etdiyi vaxt və səyə, dünən axşam Ağ Evdə şəxsən tanış olduğum gözəl insan olan Mark Fogeli azad etdiyinə görə təşəkkür etmək istəyirəm”, - Tramp yazıb.
Qeyd edək ki, fevralın 12-də Putin və Tramp arasında telefon danışığı olub.
QAZİLER.AZ