Estoniya ABŞ-yə "maraqlı" təklif irəli sürüb

Estoniya ABŞ-yə "maraqlı" təklif irəli sürüb backend

“Estoniya ABŞ-nin yardımı müqabilində nadir torpaq metalları təklif etməyə hazırdır”.

Qaziler.az xəbər verir ki, bunu Estoniya xarici işlər naziri Marqus Tsahknya ERR televiziya və radio şirkətində deyib.

O vurğulayıb ki, Tallin artıq Vaşinqtonla bu minerallarla bağlı “mücərrəd səviyyədə” danışıqlar aparıb.

“Bu, bizim maraqlarımıza uyğundur. Lakin Amerikanın maraqlarına uyğun deyil. Biz ABŞ-yə maraqlı, səmərəli iqtisadi əlaqələr təklif edə bilərik”, - Tsaxkna qeyd edib.

Nazir etiraf edib ki, mədənçıxarma şirkətləri nadir torpaq metallarını emal edə, daha sonra məhsulları Amerika tərəfinə sata bilər. Lakin o, bütün detalların əvvəlcə Estoniyada müzakirə edilməsini tələb edib.

QAZİLER.AZ

Diaspora