Moskvanın “Kutuzov” yataqxanasında meninqokokk infeksiyası yayılıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, bu, qonaqların “Menactra” preparatı ilə peyvənd olunmasından sonra baş verib.
Yazının müəllifləri qeyd ediblər ki, inyeksiyadan sonra bəzi insanlarda baş ağrıları və yüksək hərarət qeydə alınb. Telekanal aydınlaşdırıb ki, yaşı 19-34 arasında olan beş Özbəkistan və bir Tacikistan vətəndaşı xəstəxanaya yerləşdirilib.
QAZİLER.AZ