NATO-nun baş katibi Rutte: Türkiyə müdafiə sənayesinin təməli çox güclüdür

NATO-nun baş katibi Rutte: Türkiyə müdafiə sənayesinin təməli çox güclüdür backend

 "Türkiyə müdafiə sənayesinin təməli çox güclüdür, yüzlərlə şirkət innovasiya üzərində işləyir".

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

 

Rutte, sabah keçiriləcək və ABŞ-ın yeni müdafiə naziri Pit Heqsetin ilk dəfə qatılacağı Müdafiə Nazirləri toplantısından əvvəl mətbuata açıqlama verib.

Rutte, ABŞ-ın yeni administrasiyasının da gündəmində olan Alyansın və xüsusilə Avropanın müdafiə sənayesinin gücləndirilməsində, Ukraynada sülhün təmin edilməsində Türkiyənin oynaya biləcəyi rolla bağlı müttəfiq nazirlərə hansı mesajları verəcəyi sualına isə: “Türkiyə müdafiə sənayesinin təməli həqiqətən təsiredicidir”, -  dedi.

QAZİLER.AZ

Diaspora