Türkiyə Qvatemalaya başsağlığı verdi

Türkiyə Qvatemalaya başsağlığı verdi backend

Türkiyə Xarici İşlər Nazirliyi Qvatemalada avtobus qəzasında həyatını itirənlərin ailələrinə və Qvatemala xalqına başsağlığı verib.

Qaziler.az "TRT-Haber"ə istinadən bildirir ki, bu barədə nazirliyin X sosial media hesabındakı paylaşımında deyilir.

Nazirlik X sosial media hesabındakı paylaşımda: "Qvatemala şəhərində baş verən avtobus qəzasına görə dərindən kədərlənirik və həyatını itirənlərin ailələrinə və Qvatemala xalqına başsağlığı veririk" dedi. 

Xatırladaq ki, Mərkəzi Amerika ölkəsi Qvatemalada sərnişin avtobusunun körpüdən aşması nəticəsində 51 nəfər ölüb.

QAZİLER.AZ

Diaspora