Aİ-nin iştirakı olmadan Ukraynada sülhün bağlanması mümkün deyil - Kallas

Aİ-nin iştirakı olmadan Ukraynada sülhün bağlanması mümkün deyil - Kallas backend

Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın fikrincə, Ukrayna münaqişəsi ilə bağlı razılaşmalar Avropanın iştirakı olmadan əldə edilə bilməz.

Qaziler.az bildirir ki, o, bu barədə fevralın 11-də “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

Siyasətçi Aİ-nin Rusiya və Ukrayna arasında sülh prosesində rolu ilə bağlı sualı belə cavablandırıb.

“Bu münaqişə Avropada baş verir. Bu, Ukraynaya aiddir, Avropaya aiddir və sülhün həqiqətən gəlməsi üçün Avropa onun bir hissəsi olmalıdır. Aİ-nin iştirak etmədiyi heç bir razılaşma görmürəm",  - Kallas deyib.

QAZİLER.AZ

Diaspora