ABŞ-ın yeni maliyyə naziri Skott Bessent bu həftə Kiyevə səfər etməyi planlaşdırır. Səfərin məqsədi ABŞ-ın Ukraynanın nadir torpaq minerallarına çıxışı ilə bağlı ilkin danışıqlar olacaq.
Qaziler.az bildirir ki, bu barədə "Bloomberg" xəbər verir.
Qeyd olunur ki, Bessent bununla da Trampın kabinetindən Ukraynaya səfər edən ilk rəsmi ola bilər.
Ağ Ev məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Nəşrin xatırladığı kimi, maliyyə naziri ABŞ prezidenti Donald Trampın onun administrasiyasının Rusiyanın işğalından müdafiədə kömək müqabilində Ukrayna ilə resurslara çıxış haqqında saziş bağlamaq istədiyini deməsindən bir neçə gün sonra Kiyevə gedəcək.
QAZİLER.AZ