ABŞ Avropa ölkələrinə 880 milyon dollarlıq silah verəcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Defens Nyus” saytı yayıb. Sayt ABŞ-ın Fransaya Afrikada əməliyyatlarda iştirak etmək üçün təyyarələr, Finlandiyaya Rusiyaya qarşı sərhədlərini qorumaq üçün raketdən müdafiə sistemləri və Böyük Britaniyaya İŞİD-lə savaşmaq üçün raketlər verəcəyini bildirib. İlkin ehtimallara görə, bu müqavilə reallaşacağı təqdirdə Fransa ABŞ-a 650 milyon, Finlandiya 150 milyon, Böyük Britaniya isə 80 milyon dollar ödəyəcək.