Uşaq meydançasının altından İkinci Dünya Müharibəsindən qalma 176 bomba tapılıb

Uşaq meydançasının altından İkinci Dünya Müharibəsindən qalma 176 bomba tapılıb backend

Britaniyada uşaq meydançasının altından İkinci Dünya Müharibəsinə aid 176 bomba tapılıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Böyük Britaniyanın Vuler şəhərində uşaq meydançasının altından İkinci Dünya Müharibəsindən qalma 176 bomba tapılıb.

Mərmilər yenidənqurma zamanı aşkar edilib. Tezliklə hadisə yerinə gələn polis 50 metr radiusda ərazini mühasirəyə alıb. Vəziyyəti əlavə qiymətləndirmək üçün istehkamçılar və ekspertlər cəlb olunub.

Mütəxəssislər müəyyən ediblər ki, tapılan sursat hələ də partlayıcı maddələr olan təlim bombalarıdır. Sursat sonradan zərərsizləşdirilməsi üçün götürülüb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, ərazi əvvəllər təlim meydançası kimi istifadə olunub.

Ərazinin tədqiqi davam edir və ekspertlər yeni döyüş sursatlarının aşkar edilməsinin mümkünlüyünü etiraf edirlər. Mümkün tapıntılar qumbaralar, patronlar və digər təhlükəli sursatlar ola bilər.

QAZİLER.AZ

Diaspora