Amerika Birləşmiş Ştatları Ukraynaya qoşun yeridilməsi ilə bağlı mövqeyini dəyişmir. Vaşinqtonun belə planları yoxdur.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna ABŞ-ın müdafiə naziri Pit Heqsetin mətbuat konfransına istinadən məlumat yayıb.
Jurnalist Pentaqonun rəhbərinə ABŞ-ın Ukraynaya silah tədarükünü izləmək üçün qoşun göndərə biləcəyini soruşub. O xatırladıb ki, ABŞ prezidenti Co Bayden Amerika əsgərlərini Ukraynaya göndərməyəcəyinə söz verib.
"Biz Amerika qoşunlarını Ukraynaya göndərmək fikrində deyilik" deyə Heqset qısaca cavab verdi.
QAZİLER.AZ