Vaşinqton Avropa İttifaqına seçim qoymasa, birlik prezident Donald Trampın rüsum siyasətinə qarşılıq verəcək.
Trend “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri Olaf Şolts bildirib.
“Əgər Avropa İttifaqı ABŞ rüsumlarının hədəfinə düşərsə - necə ki indi polad və alüminium məsələsində bunun şahidi olmaqdayıq - Vaşinqton bilməlidir ki, əslində, Avropanın ən iri ixracatçı ölkəsi bizik... ABŞ bizə başqa seçim buraxmasa, Avropa İttifaqı buna qətiyyətlə reaksiya göstərəcək”, - deyə almaniyalı hökumət başçısı bildirib.
Şolts vurğulayıb ki, ticarət müharibəsi və rüsum siyasəti hər iki tərəfə ziyan vurur və nəticə etibarilə maddi rifahın yaxşılaşmasına gətirib çıxarmır.
Alman kanslerin sözlərinə görə, Çinlə ABŞ arasında gedən ticarət çəkişməsi Avropa İttifaqına iqtisadi baxımdan ziyan vuracaq.