ABŞ prezidenti Donald Trampın Kanada, Çin və Meksikaya elan etdiyi gömrük rüsumlarının artırılması inflyasiyanı pisləşdirə bilər.
Qaziler.az xəbər verir ki, bunu iqtisadçı Yevgeni Smirnov “Finansam Mail”ə bildirib. Onun sözlərinə görə, yuxarıda adları çəkilən ölkələr Amerika ixracına qarşılıqlı məhdudiyyətlər tətbiq edəcək və bu, ABŞ iqtisadiyyatına mənfi təsir göstərə bilər.
“Bu rüsumlar, şübhəsiz ki, bir çox istehlak mallarının idxal və daxili qiymətlərinin artmasına səbəb ola bilər. Dünya sabit qlobal inflyasiyanın qayıdışına gətirib çıxaracaq yeni ticarət proteksionizmi ilə üzləşmək risindədir", - Smirnov xəbərdar edib.
Ekspert izah edib ki, Trampın qərarlarından ən çox zərəri ixrac yönümlü və yüksək dollar borcları ilə yüklənmiş kiçik ölkələrin iqtisadiyyatları görəcək.
QAZİLER.AZ