ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskla Fransa prezidenti Emmanuel Makron arasında münasibətlər son həftələr pisləşib.
Qaziler.az xəbər verir ki,bu barədə “Politico” qəzeti mənbələrə istinadən yazıb.
"Onlar arasında münasibətlər son həftələr pisləşib", - məlumatda deyilir.
Məsələn, Teslanın qurucusu Parisdə baş tutan süni intellekt sammitinə qatılmaqdan imtina edib. Bunu illərdir Maskı Fransaya pul yatırmağa inandırmağa çalışan Makron üçün zərbə adlandırıblar.
QAZİLER.AZ