Ukrayna Yaponiyadan 58 milyon dollar qrant istədi

Ukrayna Yaponiyadan 58 milyon dollar qrant istədi backend

Ukrayna infrastrukturun bərpası üçün Yaponiyadan 58 milyon dollar qrant almağı gözləyir.

Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıxal “Telegram” kanalında yazıb.

“Ukrayna Yaponiyadan 8,8 milyard yapon yeni və ya təxminən 58 milyon dollar məbləğində qrant alacaq. Bu gün biz hökumətlərimiz arasında müvafiq saziş layihəsini təsdiq etdik. Bunlar bərpa layihələrini maliyyələşdirmək üçün Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) vəsaitləri olacaq”, - Şmıhal yazır.

Dekabrın 24-də Ukraynada Şmıxal Yaponiya və Böyük Britaniyanın ölkəyə 1 milyard dollar ayırdığını və bu vəsaitin iqtisadiyyatın gücləndirilməsinə, sosial və humanitar sahələrdə xərclərin ödənilməsinə yönəldiləcəyini bildirib.

QAZİLER.AZ

Diaspora