“Kompromis əldə olunduqdan sonra Ukrayna ərazisində döyüşlər iki ay ərzində bitə bilər”.
Qaziler.az xəbər verir ki, bu fikirləri Ukraynanın “Strana” nəşrinə Kiyevin meri Vitali Kliçko deyib.
Mer qeyd edib ki, mümkün kompromis hər bir ukraynalı üçün çox ağrılı ola bilər. Eyni zamanda, Ukrayna paytaxtının meri hərbi əməliyyatlar başa çatdıqdan sonra seçkilərin keçirilə biləcəyini təklif edib.
“Mən çox qorxuram ki, bu istiqamətdə hər hansı iğtişaşlar yaransın və Allah qorusun hansısa sosial qarşıdurmadan danışaq. Çünki biz müxtəlif ölkələrin tarixindən görürük ki, hərbi əməliyyatlardan sonra, depressiv əhval-ruhiyyəni nəzərə alaraq, belə hallar baş verir”, - deyə Kliçko bildirib.
QAZİLER.AZ