İtaliyada mafiya əleyhinə əməliyyat zamanı 180-dən çox adam həbs edilib

İtaliyada mafiya əleyhinə əməliyyat zamanı 180-dən çox adam həbs edilib backend

İtaliyanın hüquq-mühafizə orqanları Siciliya adasında mafioz qruplara qarşı keçirdiyi əməliyyat zamanı 183 nəfəri saxlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “La Stampa” qəzeti məlumat yayıb.

Həbslər Palermo, Trapani, Kataniya, Recio Kalabriya, həmçinin Milanda, Florensiyada və Aretszoda aparılıb. Saxlanılanlar mafioz təşkilat yaratmaqda, adam öldürməyə cəhddə, hədə-qorxu ilə pul tələb etməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində, qanunsuz silah saxlamaqda və digər cinayətlərdə şübhəli bilinirlər.

İstintaq zamanı Siciliya mafiyasının “Koza nostra”nın idarə şurasını bərpa etmək cəhdi üzə çıxıb.

Qeyd edək ki, “Cosa Nostra” ("Bizim səbəbimiz") İtaliya mafiyasının bir hissəsi olan Siciliya cinayət təşkilatıdır. 16 yanvar 2023-cü ildə “Koza nostra”nın ən məşhur liderlərindən biri Matteo Messina Denaro 30 il axtarışda olduqdan sonra Palermoda həbs olunub. O, həmin ilin sentyabrında dünyasını dəyişib.

QAZİLER.AZ

Diaspora