Ukrayna Trampın tətbiq etdiyi rüsumlara görə nə qədər vəsait itirəcək?

Ukrayna Trampın tətbiq etdiyi rüsumlara görə nə qədər vəsait itirəcək? backend

ABŞ lideri Donald Trampın polad və alüminiuma 25% rüsum tətbiq etməsi nəticəsində Ukrayna hakimiyyəti təxminən 125,6 milyon dollar itirə bilər.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.

Ukrayna İqtisadiyyat Nazirliyinin məlumatına görə, ABŞ-yə metallurgiya məhsullarının ixracının həcmi ildə təxminən 503,3 milyon dollar təşkil edir ki, bu da Ukrayna mallarının Amerikaya ümumi ixracının 57,9%-ni təşkil edir.

Nəşrin məlumatında əsas ixracatçıların “Arselormittal Krivoy Roq” və “İnterpayp” olduğu qeyd edilib.

QAZİLER.AZ

Diaspora