“Google” şirkəti Meksika körfəzinin rəsmi olaraq Amerika körfəzi adlandırılmasına başlayıb.
“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
ABŞ-də “Google Maps” xəritə xidmətində artıq yeni ad göstərilir.
Məlumatda qeyd olunub ki, ABŞ-də “Google Maps” xidmətindən istifadə edənlər Amerika körfəzi, Meksikada olanlar Meksika körfəzi, digərləri isə hər iki adı görəcəklər, onlardan biri mötərizədə yazılacaq.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Meksika körfəzinin Amerika körfəzi adlandırılması prosesinə başlanılması barədə fərman imzalayıb. Ağ Ev rəhbəri bunu sözügedən körfəzin "dünyanın ən böyük körfəzi" olması və "Amerika iqtisadiyyatı üçün əhəmiyyətini qoruyub saxlaması" ilə əsaslandırıb.