Əfqanıstanda silahlı şəxslər avtobusa hücum edərək 30 sərnişini qaçırıblar.
"İnterfaks" agentliyinin verdiyi məlumata görə, insident dünən axşam saatlarında baş verib.Avtobus Heratdan Kabula doğru hərəkət edirmiş. Məlumata görə, qaçırılanlar yerli şiə müsəlmanlardır.
Hücum edənlərin niyyəti bəlli deyil.