Kolumbiyada 4 qadın futbolçu ildırım vurması nəticəsində həlak olub

Kolumbiyada 4 qadın futbolçu ildırım vurması nəticəsində həlak olub backend

Kolumbiyada regional turnirdə iştirak edən 4 qadın futbolçu ildırım vurması nəticəsində həlak olub.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Kolumbiyanın “Cauca Hoy” portalı bu barədə fevralın 10-da öz Facebook səhifəsində məlumat yayıb.

Hadisənin El Real kəndində turnir zamanı baş verdiyi dəqiqləşdirilir. Ümumilikdə ildırım vurması 5 nəfərin həyatına son qoyub - beşinci qurban xəstəxanada dünyasını dəyişən kişi olub.

Daha iki yaralı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

QAZİLER.AZ

Diaspora