Litvalı fəallar Ukraynaya dəstək üçün bir milyon avrodan çox vəsait toplayıb

Litvalı fəallar Ukraynaya dəstək üçün bir milyon avrodan çox vəsait toplayıb backend

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının üçüncü ildönümü ərəfəsində Litva həmrəylik aksiyasını təkrarlamaq qərarına gəlib. Litvalı media mütəxəssislərinin təşəbbüsü il' artıq Ukraynaya dəstək üçün bir milyon avrodan çox vəsait toplanıb.

Qaziler.az bildirir ki, bu barədə  LRT xəbər verir.

“Radarom!” həmrəylik kampaniyasının təşkilatçılarının məlumatına görə, bazar ertəsi səhərə qədər ölkə vətəndaşları və biznes qurumları artıq 1 037 170 avro ianə ediblər.

Məlumdur ki, kampaniya zamanı toplanan vəsaitin üçdə ikisi Litvada istehsal olunan pilotsuz uçan aparatların və anti-dronların alınmasına, qalan üçdə bir hissəsi isə Ukrayna istehsalı olan avadanlıqların alınmasına sərf olunacaq.

Bundan başqa, təşkilatçılar bu təşəbbüsün fevralın 3-də başladığını və Rusiyanın genişmiqyaslı işğalının ildönümünə qədər, yəni fevralın 24-dək davam edəcəyini bildiriblər.

Qeyd edək ki, bu, artıq Litva Milli Radio və Televiziyasının (LRT) Blue/Yellow, Laisvės TV və Stiprūs kartu ilə birgə təşkil etdiyi Ukrayna ilə üçüncü həmrəylik aksiyasıdır.

Əvvəlki iki il ərzində müəssisələr və ölkə sakinləri ümumilikdə 22,8 milyon avro ianə veriblər

QAZİLER.AZ

Diaspora