Fransa süni intellektin hazırlanmasında AES-dən istifadə etmək istəyir

Fransa süni intellektin hazırlanmasında AES-dən istifadə etmək istəyir backend

Fransa hökuməti süni intellektin inkişafına yönəlmiş güclü hesablama klasterinin yaradılmasını dəstəkləmək üçün 1 giqavat (GW) nüvə enerjisi vermək niyyətindədir.

Qaziler.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” Fransanın qlobal süni intellekt yarışında öz mövqeyini və Avropa İttifaqının rəqabət qabiliyyətini gücləndirmək istəyini vurğulayaraq yazıb.

Dəyəri on milyardlarla dollar olan layihəni “FluidStack” həyata keçirir. 250 meqavat (MVt) enerji istehlakı və 120.000 Nvidia süni intellekt çipi ilə təmin edilən klasterin birinci mərhələsinin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır. “FluidStack” birinci mərhələnin həyata keçirilməsi üçün öz vəsaitlərindən istifadə etməyi və 10,3 milyard dollar vəsait cəlb etməyi planlaşdırır. Uzunmüddətli perspektivdə 2030-cu ilə qədər klasterin gücünü 10 GVt-a çatdırmaq planlaşdırılır.

İddialı məqsədlərə baxmayaraq, ekspertlər tələbatı sürətlə artan lazımi çiplərin kifayət qədər maliyyələşdirilməsi və mövcudluğu ilə bağlı potensial risklər barədə xəbərdarlıq edirlər.

QAZİLER.AZ

Diaspora