Rusiyada “Shacman” yük maşınlarının satışı dayandırılıb.
Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bu haqda Çin şirkətinin saytında bildirilib. Qeyd olunub ki, bu qərar təhlükəsizlik tələblərinə mümkün uyğunsuzluğun aşkarlanması fonunda edilib. Buna görə də Rusiya Federasiyasının Baş Prokurorluğu “Şakman Motors” MMC-də 2025-ci ilin fevral ayına yoxlama təyin edib.
“Dövriyyəyə buraxılan SX3258 kateqoriyalı N3G tipli SHACMAN avtomobillərinin Gömrük İttifaqının texniki reqlamentinin tələblərinə uyğun gəlməməsi ilə bağlı daxil olan məlumatların yoxlanılması ilə əlaqədar “Şakman Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti SX3258 tipli avtomobillərin satışını müvəqqəti dayandırmaq barədə qərar qəbul edib”, - məlumatda qeyd olunub.
QAZİLER.AZ