Əgər Avropa miqrant böhranını bir il ərzində həll etməsə, Şengen zonası məhv olacaq. Axar.az xəbər verir ki, bunu Latviya mətbuatına müsahibəsində ölkənin Daxili İşlər naziri Rixard Kozlovskis söyləyib.
Kozlovskis Şengen zonasının Latviya üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.
Qeyd edək ki, bir müddət öncə Avropa Şurasının rəhbəri Donald Tusk mətbuata açıqlamasında miqrant böhranının həllinin Almaniyadan asılı olduğunu bildirmişdi.
Şengen razılaşması 1985-ci ildə imzalanıb. Razılaşmaya əsasən Avropa Birliyi ölkələri arasında gömrük-sərhəd məntəqələri ləğv edilib. Hazırda Şengen zonasına 30 ölkə daxildir. Onlardan 3-ü (İslandiya, İsveçrə və Norveç) Avropa Birliyinə üzv olmayan ölkələrdir.