Ekvadorda prezident və parlament seçkiləri keçirilir.
QAZİLER.AZ “Report”-a istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 16:00) başlayıb. Seçki məntəqələri 10 saat açıq olacaq.
Yüksək hökumət postu uğrunda 16 namizəd, o cümlədən 2023-cü ilin oktyabrında erkən səsvermədə seçilmiş hazırkı prezident Daniel Noboa mübarizə aparır. Onun əsas rəqibi solçu Vətəndaş İnqilabı hərəkatının namizədi, prezident Rafael Korreanın hökumətində müxtəlif vəzifələrdə çalışmış (2007-2017) Luisa Qonzalesdir.
"Ipsos" sosioloji şirkətinin dərc etdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, seçicilərin 45,5 %-i Noboaya, 31,3 %-i isə Qonzalesə səs verməyə hazırdır. Qələbə qazanmaq üçün mütləq səs çoxluğu və ya ən azı 40 % səs lazımdır. Amma namizədlər arasında ən azı 10 % səs fərqi olmalıdır.
Fevralın 9-da namizədlərdən heç biri lazımi səsi yığa bilməsə, aprelin 13-də ölkədə seçkilərin ikinci turu keçiriləcək.