Sabiq millət vəkili aeroportda saxlanıldı

Sabiq millət vəkili aeroportda saxlanıldı backend

Xalqların Demokratik Partiyasından (HDP) olan sabiq millət vəkili Sabahat Tuncəl bu gün səhər saatlarında Atatürk hava limanında saxlanılıb. Axar.az xəbər verir ki, araşdırma zamanı kürd əsilli siyasətçinin ölkədən çıxışına qadağa qoyulduğu məlum olub.

Hava limanında təhlükəsizlik qüvvələri tərəfindən ifadəsi alındıqdan sonra sabiq deputat Bakırköy Prokurorluğuna göndərilib.

Xatırladaq ki, Sabahat Tuncəl Brüsselə getmək istəyirmiş.
Diaspora