Tramp İranla saziş bağlamağa hazır olduğunu bildirib

Tramp İranla saziş bağlamağa hazır olduğunu bildirib backend

ABŞ Prezidenti Donald Tramp deyib ki, o, hərbi əməliyyatlara əl atmaqdansa, İranla saziş bağlamağa üstünlük verir.

QAZİLER AZ APA-ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bunu müsahibəsində deyib.

“Mən İranla nüvə məsələsində razılaşmaq istərdim. Mən bunu bombardmandan üstün tuturam”, - Tramp qeyd edib.

Onun sözlərinə görə, belə bir razılaşma əldə olunarsa, İsrail İrana hücum etməyəcək.

Bununla belə, Tramp potensial danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib.

 

 

Diaspora