Fransada təxribat: Atatürkün bu ölkədəki tək büstü OĞURLANDI - FOTO

Fransada təxribat: Atatürkün bu ölkədəki tək büstü OĞURLANDI - FOTO backend

Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün Fransadakı yeganə büstü Parisətrafı məhəllələrin birində naməlum şəxslər tərəfindən oğurlanıb.

QAZİLER.AZ  Publika.az-a istinadla xəbər verir ki, Trabzon Mühacirlər Cəmiyyətinin təşəbbüsü ilə cəmi 3,5 ay əvvəl qoyulmuş büst Epinay-sur-Seine kommunasında naməlum şəxslər tərəfindən oğurlanıb.

Cəmiyyətin rəhbəri Bülent Cumhur bildirib ki, müşahidə kameraları cinayət əməlinin yeddi iştirakçısını qeydə alıb.

O deyib: “Bu çirkin cinayəti qətiyyətlə pisləyirik. Təxribatın arxasında konkret kimin olduğu məlum deyil. Bütün iştirakçılar cəmi 4 dəqiqə ərzində hadisə yerindən qaçıblar. Polis araşdırmalarını davam etdirir”.

B.Cumur oğurlanmış büstün yerinə tezliklə yenisinin qoyulacağına söz verib.

Bu arada, Türkiyənin Mersin şəhərinin Yenişehir rayon bələdiyyəsinin başçısı Abdulla Özyiğit yeni büstün Fransaya göndərilməsi üçün göstəriş verildiyini açıqlayıb

Diaspora