Rusiyanın İrana S-300 raketi satması bölgədəki vəziyyəti daha da gərginləşdirəcək. Axar.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər nazirinin müavini Əli Şahin deyib. O bildirib ki, İranın silahlandırılması müharibə ocaqlarının miqyasını daha da genişləndirəcək:
“İran nə qədər çox silahlanarsa, bölgədə bir o qədər müharibə riski artar. Yeni münaqişə ocaqları yarana bilər. Bu addım Yaxın Şərqdəki sülh prosesini ləngidəcək. Bundan əlavə, İranın S-300 raketi əldə etməsi Türkiyəyə təhlükə yaratmır. Ölkəmiz NATO-nun havadan müdafiə sistemlərinə sahibdir”.