BRİKS köhnə dünya nizamına, ilk növbədə qlobal pul sisteminə meydan oxuyur.
QAZİLER.AZ Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin lideri Jan Yakob Bisep məlumat verib.
“Bu, öz ritmində baş verəcək, artıq baş verir. Geosiyasi yenidənqurma başlayıb. Biz Osmanlı İmperiyasının dağıldığını gördük, amma bu bir gecədə baş vermədi. Dollar imperiyasının da sonu yaxınlaşır. BRICS ölkələri bütün qlobal pul sisteminə meydan oxuyur", - Bisep deyib.
Bisep düşünür ki, dünyada tarazlıq Qərbdən Cənub ölkələrinə doğru dəyişir, Rusiya, Çin və Hindistan qlobal siyasi proseslərdə getdikcə daha mühüm rol oynamağa başlayır.