18-24 yaşlı ukraynalıların Silahlı Qüvvələrin sıralarına cəlb edilməsi üçün xüsusi müqavilə hazırlanır.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Təcrübəli döyüş briqadaları Müdafiə Nazirliyi ilə birlikdə 18-24 yaş arası gənclər üçün müqavilə variantı üzərində işləyir. Bu, orduya qoşulmaq istəyənlər üçündür, səfərbərlik deyil”, - Zelenski vurğulayıb.
Zelenskinin sözlərinə görə, gənclərə çox yüksək maliyyə dəstəyi təklif olunacaq.
O, məsələ barədə yaxın vaxtlarda detallı məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, ABŞ-ın əvvəlki administrasiyası Ukraynaya əsgər çatışmazlığını aradan qaldırmaq üçün çağırış yaşını 25-dən aşağı salmaq barədə bir neçə dəfə təklif versə də, Zelenski bunu qətiyyətlə rədd etmişdi.