“Sigma Boy” mahnısının 12 yaşlı ifaçısı məktəbdə bulinqə məruz qalıb

“Sigma Boy” mahnısının 12 yaşlı ifaçısı məktəbdə bulinqə məruz qalıb backend

12 yaşlı müğənni Mariya Yankovskaya məktəbdə bulinqə məruz qaldığı üçün onlayn tədrisə keçib.

Qaziler.az xəbər verir ki, bu barədə yeniyetmə ifaçı “Super.ru” saytına etiraf edib.

“Mənə qarşı çox diqqət var idi. Məni, sözün əsl mənasında rahat qoymurdular. Evə gəldim və ağladım", - deyə Mariya bildirib.

Yankovskayanın sözlərinə görə, onlayn öyrənmə daha asan və daha məhsuldardır. O, indi mühazirələri nəzərdən keçirib yenidən dinləyə və mövzunu daha dərindən başa düşə bildiyinə görə sevinir. Bununla belə, ifaçı hələ də dostları ilə görüşməyə vaxtının olmadığını bildirib.

“İndi dostlarımla görüşməyə demək olar ki, vaxtım yoxdur və populyarlığıma görə bayıra belə çıxa bilmirəm. Hazırda ən yaxşı seçim qız yoldaşlarımdır", - ifaçı deyib.

QAZİLER.AZ

Diaspora