Braziliyada xüsusi təyinatlı polis küçənin ortasında 3 nəfəri qətlə yetirib. APA TV-nin xəbərinə görə, hadisə Braziliyanın şimalında Roraima vilayətinin paytaxtı Boa Vista şəhərində qeydə alınıb.
İki kişi və bir qadın hərbi polis Felipe Qabriel Quadros tərəfindən öldürülüb. Olayı təhlükəsizlik kameraları qeydə alıb. Polisin əsəb sarsıntısı keçirdiyi üçün cinayət törətdiyi güman olunur.Cinayətin səbəbinin xəyanət olduğu bildirilir. Həmçinin Quadrosun əvvəllər də müxtəlif zorakılıq hadisələrində iştirak etdiyi açıqlanıb. Cinayətkar polisin tapılması üçün geniş əməliyyat başlanılıb.