USAİD-i bağlayan Tramp təhdid edildi: "Bura Əfqanıstandan da pis olacaq"

USAİD-i bağlayan Tramp təhdid edildi: "Bura Əfqanıstandan da pis olacaq" backend

ABŞ prezidenti Donald Trampın ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamaq qərarı fəlakətli nəticələrə səbəb olacaq.

Qaziler.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti USAİD-in əməkdaşına istinadən yazıb.

Departament vurğulayıb ki, Ağ Ev rəhbəri üçün USAİD ilə bağlı qərar Amerika qüvvələrinin Əfqanıstandan çıxarılmasından daha pis uğursuzluq” olacaq.

"Bura Trampın Əfqanıstanıdır... Əfqanıstandan da pis olacaq, çünki biz nəinki xəbərdarlıqsız çıxırıq. Həm də Elon Musk yazır ki, USAİD bir dəstə cinayətkardan ibarətdir və bu, fəaliyyət göstərdiyimiz ölkələrdəki hökumətlərin normativlərinə uyğun gəlir", - agentliyin əməkdaşları qeyd edib.

QAZİLER.AZ

Diaspora