Almaniyanın maliyyə naziri Yorq Kukis ABŞ prezidenti Donald Tramp administrasiyası ilə Avropa mallarına rüsumların tətbiq edilməsi ilə bağlı elan edilmiş ticarət gərginliyinin qarşısını almaq üçün danışıqlar aparmağa çağırıb.
Qaziler.az xəbər verir ki, nazir fikirlərini “Bayerischer Rundfunk” (BR) radiostansiyasına müsahibəsində bildirib.
Kukis problemin diplomatik yolla həllinin vacibliyini vurğulayaraq, danışıqların qarşılıqlı faydasını qeyd edib. O, Amerikanın enerji və texnologiya şirkətlərinin Avropa bazarına əhəmiyyətli dərəcədə marağını qeyd edib ki, bu da danışıqlarda təsirli rıçaq ola bilər. Nazir Trampın Avropa ilə ticarət mübadiləsini artırmaq istəyi ilə bağlı bəyanatlarını da xatırladıb və uğurlu danışıqlara nümunə kimi Kanada və Meksikadan gələn mallara tariflərin dayandırılmasını göstərib.
QAZİLER.AZ