İsrail Hizbullahın keçmiş lideri Həsən Nəsrullahın necə məhv edildiyi videonu yayımlayıb.
Qaziler.az xəbər verir ki, video İsrailin “Kann” telekanalı tərəfindən yayımlanıb.
Yayılan görüntülərdə Beyrut küçələrindən birinin necə vurulduğu əks olunub. Partlayışdan sonra göyə alov qalxıb. Hizbullah liderini məhv etmək üçün İsrail hərbçiləri yerin 60 metrdən çox dərinliyinə nüfuz edə və sonra partlamağa qadir olan Amerikanın “BLU-109” bunker raketindən istifadə ediblər.
Qeyd edək ki, ötən il sentyabrın 28-də “Hizbullah” lideri Həsən Nəsrullahın İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin Beyrutun cənubunda təşkilatın yeraltı qərargahına endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyü məlum olmuşdu.
QAZİLER.AZ