ABŞ prezidenti Donald Tramp “TikTok” sosial şəbəkəsinin amerikalı sahibkara satışına nəzarət etməyi öz müavini Cey Di Vensə və milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolsa tapşırıb.
Qaziler.az xəbər evrir ki, bu barədə “Punchbowl News” yazır.
Yanvarın 19-da “TikTok” ABŞ-də bloklanıb. Xidmət Apple mağazasından itib və tətbiqin özünə daxil olmaq istəyərkən bir elan çıxıb: "ABŞ-də “TikTok”u qadağan edən qanun qüvvəyə minib. Lakin 12 saatdan sonra prezident Donald Tramp xidməti bərpa edəcəyinə söz verdikdən sonra sosial şəbəkə yenidən işləyib.
Tramp vəzifəyə gəldikdən sonra “TikTok” ilə bağlı sərəncam imzalayıb və sosial şəbəkəyə qoyulan qadağanı 75 gün gecikdirib. Sənəddə videoservisin 50%-nin amerikalı investorlara satılacağı təqdirdə platformanın ABŞ-də fəaliyyətini davam etdirməsi nəzərdə tutulur.
QAZİLER.AZ